Renault istehsalçıları Cenevrədə gücləndirilmiş konseptual heçbek göstəriblər. Zoe elektrokarının platforması əsasında ərsəyə gələn e-sport iki elektromotorla təchiz olunub. Ümumi güc 465-ə bərabərdir.1400 kiloqramlıq avtomobilin 450 kq-ı 40 kilovatt-saatlıq həcmi olan batareyanın payına düşür. Maşın ilk 3,2 saniyəyə 100 km/saatadək sürətlənir. Renault Zoe e-sport-un karbon materiallı kuzov paneli Formula-E.dams komandasının rəngi ilə boyadılıb. Prototip baza versiyadan aerodinamik kuzovu, azaldılmış klirens və 20 düymlük disklərinə görə fərqlənir. Konsept-kar tənzimlənən Ohlins amortizatorları, düzbucaqlı formada sükan, recaro oturacaqları, rəqəmsal alətlər paneli və mərkəzi konsolda üç nizamlayıcı əldə edib. Onların köməyilə transmissiyanın alqoritm işini dəyişmək, rejim seçmək və əyləcin balansını dəyişmək mümkündür. Avtomobil həmçinin təhlükəsizlik çərçivəsinə sahibdir. Bu cür maşının kütləvi istehsalı barədə Renault rəsmiləri bir söz belə deməyiblər.
Cavanşir Məmmədzadə
- Baxış: 450