• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 16.03.2017 14:49

AFFA ağır cəzalar verdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:

UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı aşağıdakı qərarlar qəbul edilsin:

- Aşağıda adları göstərilmiş 9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə, onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilsin:
 
Şahdağ (Qusar)
1. İqrar Səmədov
2. Uce Cukenyere
 
Rəvan (Bakı)
1. Elvin Əliyev
2. Cəmşid Məhərrəmov
 
Göyəzən (Qazax)
1. Arzuman Vəliyev
2. Tunar Şahtaxtinski
 
Energetik (Mingəçevir)
1. Elvin Əlizadə
2. Kamran  Lalayev
3. Ruslan Həmidov
 
- Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” FK və “Şərurspor” FK I diviziondan kənarlaşdırılsın.

- Hər iki klub I divizionda oyunların 50 % -dən çoxunda iştirak etdyinə görə hər iki kluba növbəti oyunlarında  0:3 hesablı texniki məğlubiyyət verilsin.

- I Diviziondan kənarlaşdırılmış “Rəvan” FK və “Şərurspor” FK-nın oyunçularına “azad agent” statusu verilsin.

- Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ” FK, “Energetik” FK, “Bakılı” FK və “Göyəzən” FK-ya xəbərdarlıq edilsin. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar I Diviziondan kənarlaşdırılsın.

- Hakim Anar Niyazova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin.

- “Şahdağ” FK-nın inzibatçısı Rəfael Kübərova 2 il müddətinə futbola aid hər bir məşğuliyyət qadağan edilsin.

Azad Rəfi