• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1498
— 16.03.2017 15:35

Qadın sahibkarlığının inkişafında qadın sahibkarlar assosiasiyalarının və peşə təşkilatlarının yaradılmasının vacibdir

KepezTV Player

Biznes assosiasiyaları istənilən sektorda inkişafa təkan ola bilər. Lakin ölkədə mövcud olan qadın sahibkarlıq assosiasiyalarının sayı azdır. "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı" strateji yol xəritəsində də qadın sahibkarlığının inkişafında qadın sahibkarlar assosiasiyalarının və peşə təşkilatlarının yaradılmasının vacibliyi önə çəkilir.

Kəmalə Vəliyeva- gənc sahibkar: "Bizim şirkət turizm şirkətidir. Biz daxili və xarici turlarla məşğuluq. Ofisimiz balacadır. Onu genişləndirmək və ya daha böyük ofisə kömək istəyərdik. Hansısa bir şirkətlə birləşib. Daha böyük şirkət qurmaq istəyərdik".


Aysu Piriyeva: gənc sahibkar: "Biz iki nəfər birgə gözəllik salonu işlədirik. İş yerimiz Şəmkirdədir. Hələ ki, yerimiz rahatdır. Amma digər həmkarlarımızla da birgə işləmək istəyərdik".

Gənc sahibkarlar işlərini birgə fəaliyyətlə genişləndirmək istəyir. Amma bu birgə fəaliyyətin əsasları barədə məlumatsızdırlar. Elə bu məqsədlə region xanımları üçün "Qadın sahibkar assosiasiyalarının yaradılması və inkişafı" mövzusunda 2 günlük təlim keçirilib.

Jalə Hacıyeva- təlimçi: "İstənilən biznesi irəli aparmaq üçün, həmin sahə üzrə xüsusi tənzimləyici qurum və hüquqi çərçivənin yaxşılaşdırılması üçün assosiasiyaları rolu böyükdür. Söhbət təkcə qadın və kişidən getmir. Biznes assosiasiyaları bütün ölkələrdə biznes sektorlarının inkişafına müsbət təkan verib. Məsələn, Amerikada elə biznes assosiasiyası var ki, onun 200 il yaşı var. Bu gün Azərbaycanda biznes assosiasiyaları hələ 12 ildir ki, inkişaf etməyə başlayıb. Xanım sahibkarların bu mövzu üzrə maraqlanması təqdirə layiqdir".

 Xüsusilə qadın sahibkarlığın ölkədə inkişafı üçün keçirilən bu cür tədbirlər zamanı səslənən təkliflər paket halında aidiyyəti qurumlara təqdim olunur.

Sabit Bağırov: təşkilatçı: "Qadın sahibkarlığı ilə bağlı xüsusi dövlət proqramı olmalıdır. Xüsusi təşviqedici layihələr olmalıdır. Daha çox güzəştli kreditlər verilməlidir. Hətta qadınlara xüsusi sahibkarlıq qrantları da tətbiq olunmalıdır".

Təlimlər zamanı assosiasiyaların yaradılması, strateji planlaşdırma, assosiasiyalarda üzvlüyün artırılması üsulları, əlaqələrin qurulması və inkişaf etdirilməsi, dövlət və biznes dairələr arasında dialoqun qurulması yollarına dair məlumatlar verilib.

Jalə Qurbanova