Ötən gün Qaradağ Rayonu, Qızıldaş qəsəbəsində 13 yaşlı Toğrul Sultanovun itkin düşməsi barədə polisə məlumat daxil olub. 7-ci sinif şagirdinin meyiti bu gün səhər saatlarında qohumları tərəfindən yaşadığı Qızıldaş qəsəbəsindəki kiçik bir su hövzəsində tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb.Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 902