Son günlər avtomobil həvəskarlarının diqqət mərkəzində olan Cenevrə şəhərində isveçlilər Volvo XC60 krossoverinin ikinci nəsil modelini nümayiş etdiriblər. 407 at gücü qazanan ofroud ilk 100 km/saat sürəti 5,3 saniyəyə yığır. Volvo XC60-ın motor qammasına 4 silindrli turbomotor daxil edilib: ikisi dizel, digər ikisi isə benzin. Birincilər 190 və 235 at gücündədir. Benzin aqreqaların gücü isə 254 və 320-yə çatır. Bazara çıxanda Volvo XC60 tam ötürücü sistemdə və 8 diapazonlu avtomatik sürət qutusu ilə olacaq. Krossoverin uzunluğu 4690 millimert, eni 1902, hündürlüyü 1658 mm-dir. 2865 mm isə onun təkər bazasının ölçüsüdür. Bu göstəricilərlə yeni model əvvəlkindən uzun, enli, lakin nisbətən alçaq alınıb. Maşın dünyanın ən təhlükəsiz avtomobillərindən biri sayılır. Volvo XC60-ın ishtehsalı aprelin ortalarında İsveçdə başlayacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 427