Çinin Techrules şirkəti Cenevrə avtoşousunda dizel-elektrikli Ren superkarının dünya premyerasını keçirib. Ən güclü versiya 6 motorla təchiz olunub. Maksimal at gücü isə mikroturbogeneratorla birgə 1300-ə bərabərdir. Firma Ren-i bir neçə modifikasiya ilə təklif edir: iki, dörd və ya 6 motorla. Biri generator rolunu oynayan dizellə işləyən bir və ya iki turbin,həmçinin 14, 25 ya da 32 kilovatt-saat həcmli batareyalar. Ən üst versiya ilə superkar biri arxa, digəri ön ox üçün nəzərdə tutulan iki elektromühərrik əldə edəcək. 1305 at güclü aqreqatla 1630 kiloqramlı maşın ilk “yüzü” 2,5 saniyəyə yığır. 320 km/saat isə ən yüksək sürətdir. İstehsalçılar bildirirlər ki, avtomobil 100 km-ə 7.5 litr yanacaq işlədir. 80 litrlə isə superkar 1170 kilometr məsafə qət edə bilir. Techrules Ren-in istehsalı gələn ildən İtaliyada başlayacaq. Firma bu maşından 96 ədəd hazırlamağı planlaşdırır. Qiymət isə hələlik məlum deyil.
Cavanşir Məmmədzadə
- Baxış: 376