Dağlar qoynuna qonaq gedib bayramın kefini çıxartmaq istədi. Ancaq təşrif buyurduğu kənddə döyülərək xəstəxanalıq oldu. Söhbət Şəmkir sakininin Gədəbəyin Qoşabulaq kəndində döyüldüyü hadisədən gedir. Əməkdaşlarımız zərərçəkənin valideynlərindən hadisənin motivini öyrənməyə çalışıblar.
Şəmkirin Tatar kənd sakini 20 yaşlı Eşqin Qədimov Gədəbəyin Qoşabulaq kəndində aldığı müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralıya ilkin tibbi yardım göstərərək palataya yerləşdirib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Eşqinin atası Fərman Qədimovun sözlərinə görə, oğlu 3 nəfər şəxsin hücumuna məruz qalıb.
Fərman Qədimovun- zərərçəkənin atası: "Hadisə belə baş verib ki, bunlar dostu ilə Qoşabulaq kəndində mağazaya gediblər. Bu mağazaya girib çıxanda görüb ki, qonşunun uşağını döyürlər, kömək etmək istəyərkən 3 nəfər bunu döyüb".
Faktı Gədəbəy rayon polis şöbəsindən də təsdiqləyiblər. Şöbədən verilən məlumata görə, Qoşabulaq kəndində olan dava ilə bağlı təhqiqat bölməsində ilkin araşdırmalar aparılır. Hələlik saxlanılan yoxdur. Araşdırmalar tam başa çatdıqdan sonra Eşqin Qədimovun döyülməsinə hüquqi qiymət veriləcək.
Elton Cabbarlı
- Baxış: 911