Bu yaxınlarda təqdim olunan yeni LG G6 smartfonunu çox maraqlı testdən keçiriblər. Təqdimatda bildirilmişdi ki, bu, LG-nin ilk modulsuz və IP68 standartlı sudan qorunmaya sahib flaqman smartfonudur. Bu isə o deməkdir ki, sözügedən telefon 1 metr dərinliyində suda uzun müddət qalmaq özəlliyinə malikdir. Bundan əlavə olaraq yeni smartfonun MIL-STD-810 standartlı hərbi dözümlülüyü də var. Max Lee adlı videobloqqer LG G6-nı sözün əsl mənasında ən sərt testdən keçirib. Belə ki, o, telefonu 24 saat müddətinə suya salıb, üstəlik suyu dondurub. IP68 standartlı istənilən smartfon bu cür testə dözmür. Sonda videoblogger, LG G6-nın olduğu buzu əridib onu yenidən yandırmağa cəhd göstərib. Böyük təəccübə səbəb olsa da, smartfon tamamilə işlək vəziyyətdə idi.
Cavanşir Məmmədzadə
- Baxış: 310