Toyota rəsmiləri Cenevrə avtoşousuna 3 təkərli i-TRIL konseptini gətiriblər. Onlar bununla gələcəyin yüngül avtomobillərinin necə olacağını göstərmək istəyiblər. Fransanın ED2 dizayn-mərkəzi ilə ərsəyə gələn prototipdə ənənəvi sükan və pedal yoxdur, onların yerinə coystiklər quraşdırılıb. Avtomobildə bir oturacaq öndə, qalan ikisi isə arxadadır. i-TRIL-in multimedia sistemi səslə idarə olunur. Maşının uzunluğu 1460 millimetr, çəkisi 600 kiloqramdır. i-TRIL bir enerji ehtiyatı ilə 300 kilometr məsafə gedə bilir. “Toyota”da bu yeni avtomobili ənənəvi şəhər heçbeki və motosikleti adlandırırlar. Üç təkərli maşın, 4 il əvvəl debüt etmiş i-Road prototipində göstərilən Active Lean sistemi ilə də təmin olunub. Bu texnologiya maşına dönmələrdə motosiklet kimi əyilməyə imkan verir. Toyota i-TRIL kütləvi istehsal olunacaqmı? Bu məsələ hələlik sual altındadır.
Cavanşir Məmmədzadə
- Baxış: 613