• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1136
— 11.03.2017 10:37

Tesla Havay adalarında günəş elektrostansiyaları tikdi

Tesla və energetika şirkəti Kauai Island Utility Cooperative (KIUC) ilə müştərək şəkildə Havay arxipelaqının Kauai adasında günəş elektrostansiyaları tikib. Çəlləklərlə dizel yanacağı idxal etmək məcburiyyətində qalan bu Sakit okean adası günəş energetikasının inkişafı üçün perspektivli yer sayılır. Bəzi yerli sakinlər və bir sıra şirkətlər bundan əvvəl də günəş batareyalarından istifadə edirdilər. Düzdür, bunun sayəsində gündüz vaxtı yanacağa ehtiyac xeyli azalıb, ancaq gecələr əvvəlki kimi dizelə tələbat davam edib.

Analoji vəziyyəti Teslanın günəş elektrostansiyasının akkumlyatorı ilə dəyişməyə çalışırlar. Bu batareyalar gecə vaxtı da kifayət qədər enerji saxlaya bilir. Kauai adasında tikilən kompeks 13 MVt gücündə olan günəş stansiyası və Powerpack 2 akkumlyatorlarından təşkil olunub. Batareyaların ümumi gücü isə 52 MVt saata bərabərdir. Kompleksin işə düşməsi adada il ərzində 6 milyon litr yanacağa qənaət etməyə imkan verəcək. Tesla 2045-ci ilə qədər bütün Havay adalarını günəş elektrostansiyaları ilə təmin etməyi hədəfləyib.

Cavanşir Məmmədzadə