• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 672
— 10.03.2017 10:01

Alpina-dan 608 at güclü BMW B5 Bi-Turbo

Alpina şirkəti sedan və universal B5 Bi-Turbo-nun yeni nəsil modelini göstərib. Hər iki ban sonuncu model üzərində ərsəyə gəlib. B5 Bi-Turbo 4,4 litrlik benzin V8 mühərriki ilə komplektləşdirilib. Maşın 608 at gücündədir və 8 diapazonluq avtomatik sürət qutusu ilə işləyir. Həm sedan, həm də universal xDrive tam ötürücü sistemi ilə komplektləşdirilib. Alpina B5 Bi-Turbo sedanı 100 km/saat sürəti 3,5 saniyəyə, universal 3,6 saniyəyə yığır. Ən yüksək sürət isə sedanda 330, universalda 325-ə bərabərdir. Model aktiv amortizatorlar əldə edib. Yeni Alpina B5 Bi-Turbo sedan kuzovunda 94 118 avro, universal kuzovunda isə 96 891 avro dəyərindədir.

 

Cavanşir Məmmədzadə