Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncənin Nizami rayonunda, mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Mənzilin qapısı mərkəzin xilasediciləri tərəfindən açılıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.
- Baxış: 765