• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1822
— 09.03.2017 22:08

Yol terroru can almaqda davam edir

KepezTV Player

Şəmkir-Gədəbəy yolunda qəza baş verib. Yasamal aşırımlarında, Şəmkirin Qasımalılar kəndi ərazisində Gədəbəydən Şəmkir istiqamətində hərəkətdə olan 64 yaşlı Zirəddidin Vəliyevin idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Bu zaman sərnişinlər, 15 yaşlı Elzaməddin Vəliyev və nənəsi 63 yaşlı Vəzifə Vəliyeva hadisə yerində dünyasını dəyişib. Sürücü Qabil Vəliyev isə yüngün bədən xəsarətləri alaraq, xəstəxanaya aparılıblar. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşı olduğundan ambulator müalicəyə buraxılıblar. Qeyd edək ki, sürücü Zirəddin Vəliyev əvvəlcə nəqliyyat vasitəsini 15 yaşlı yeniyetmənin idarə etdiyini söyləyib. Lakin əməliyyat zamanı ifadəsinin yanlış olduğu məlum olub. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Gəncədə də ağır yol qəzası qeydə alınıb. Şəhərin Şah İsmayıl Xətai prospektində “VAZ 21 06” markalı avtomobilin sürücüsü idarəetməni itirib və yol kənarına çıxaraq 2 piyadanı vurub. Onlardan biri 14 yaşlı Brilliant Məmmədova Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına, 7 yaşlı qardaşı Hüseyn isə özəl xəstəxanalardan birinə aparılıb.  Daha sonra hər iki yaralı  Gəncə Şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına göndərilib. Xəstəxanadan verilən məlumata görə, Brillant Məmmədovanın vəziyyəti normaldır, palataya yerləşdirilib. Əməliyyat edilən azyaşlı oğlanın vəziyyəti isə orta-ağırdır. Bütün faktlarla bağlı araşdırma aparılır. 

Ya piyadamı diqqətsiz davrandı, özünü və sürücünü pis vəziyyətdə qoydu, ya da sükan sahibi məsuliyyətsizlik etdi. Paytaxtda baş verən ağır yol qəzasının dəqiq səbəbləri təbii ki, araşdırmalarla aydınlaşacaq. İndidən bilinənsə bir nəfərin ölümü, digərinin məsuliyyətə cəlb olunacağıdır. Hər halda nəticə heç bir halda ürəkaçan deyil. Bu da o deməkdir ki, piyadayıqsa piyada kimi, sürücüyüksə sürücü kimi maksimum məsuliyyətli, diqqətli və qanunsevər olmalıyıq.

Paytaxtın Xətai rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib. Hadisə Nobel prospektində qeydə alınıb. “Mercedes” markalı avtomobil piyada keçidinin olmadığı ərazidə yolu keçən Tovuz rayon sakini 23 yaşlı Elsevər Mahmudzadəni vurub. Zərbənin gücündən piyada yan tərəfdə hərəkət edən digər “Mercedes”in ön şüşəsinə çırpılıb və nəticədə dünyasını dəyişib. Hadisə yerinə Xətai Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunublar

Araşdıma zamanı məlum olub ki, tikintidə fəhləliklə məşğul olan Elsevər Mahmudzadə Nobel prospektində qohumları ilə birlikdə kirayədə yaşayırmış. O, axşam işdən çıxıb evə gedərkən qəzaya düşüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Natiq Hüseyn