• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 799
— 07.03.2017 12:56

“Böyük dəbilqə”yə hazırlıq işləri davam edir

Martın 10-12-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” keçiriləcək. Artıq yarışa hazırlıqla bağlı turnirin keçiriləcəyi Heydər Əliyev adına İdman Sarayında son tamamlama işləri gedir.Azərbaycan millisi bu yarışa 51 idmançı ilə qatılacaq. Məşqçilər korpusu kişilərin yarışında 28, qadınların mübarizəsində 21 cüdoçunu sınaqdan keçirəcək.“Böyük dəbilqə”yə ümumilikdə 33 ölkənin 236 (148 kişi, 88 qadın) idmançısı gücünü yoxlayacaq. 

Azad Rəfi