İlk oyun günündə London və Neapolda oyunlar keçiriləcək.
“Arsenal”ın qonağı olacaq “Bavariya” ilk matçda 1:5 hesablı qələbə qazanmaqla demək olar ki, növbəti mərhələnin qapısı ağzındadır. Arsen Vengerin komandası vəziyyəti öz xeyrinə dəyişmək üçün 4 cavabsız qol vurmalıdı. “Topçular”ın bu çətin missiyanın öhdəsindən gələcəyi inandırıcı görünmür. Ümumiyyətlə, londonlular son illərdə qitənin ən nüfuzlu turnirində 1/8 final səddini dəf etməkdə çətinliklə üzləşiblər. Komanda ardıcıl olaraq 6 dəfə mübarizəni bu mərhələdə dayandırmalı olub. Özü də son illərdə məhz “Bavariya” iki dəfə onların yolunu kəsib. Münhen klubu ilə sindroma son qoymaq hələ ki, “Arsenal” da alınmır. Odur ki, ingilislərin yenə büdrəcəyinə inananlar çoxluq təşkil edir. “Bavariya”nın kapitanı Filip Lamı cəzaya görə cavab oyununu buraxacağı da alman maşınının gücünü azaltmır.
Turnirdə günün digər matçı da böyük maraq kəsb edir. “Napoli” Madriddə keçirilən ilk qarşılaşmada hesabı açan tərəf olsa da, “Real” sonradan 3 qol vuraraq, sərfəli nəticə əldə edib. Klub tarixində ikinci dəfə 1/8 finala adlayan Maradonanın keçmiş komandası ilk dəfə ¼-ə vəsiqə qazanamağa iddialıdı. Amma Madrid klubu da nəyin bahasına olursa-olsun, növbəti mərhələyə adlamaq niyyətindədi.
Hər iki oyun Bakı vaxtı ilə saat 24:45-də başlayacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları
7 mart
23:45. “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)
İlk oyun - 1:5
23:45. “Napoli” (İtaliya) – “Real” (Madrid, İspaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
İlk oyun - 1:3
Azad Rəfi
- Baxış: 269