• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1650
— 06.03.2017 13:24

Səbail polisi dəfələrlə məhkum olunmuş şəxsi yenidən dəmir barmaqlıqlar arxasına göndərəcək

KepezTV Player

Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Mətləb Rüstəmov Badamdar qəsəbəsində yerləşən çay evlərindən birindən çıxaraq taksiyə əyləşdiyini və sürücü tərəfindən bıçaqla hədələnərək 400 manat pulunun alındığı bildirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Nemət Mamedov saxlanılıb.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları quldurluqda təqsirləndirilən Nemət Mamedovun digər cinayətlərdə iştirakını istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Səbail RPİ-nin 41-ci PB-nə müraciət edə bilərlər.

 

Vüsalə Camal