• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1171
— 06.03.2017 12:03

3-cü dövrəyə iki oyunla yekun vuruldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci turun son oyun günündə 2 görüş baş tutub. Gəncədə çempionatın autsayderləri - "Kəpəz" və AZAL komandaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı sülhlə nəticələnib. Fasiləyədək meydan sahibləri hesabı dəyişməyə müvəffəq olublar. 38-ci dəqiqədə küncdən cərimə meydançasına göndərilən topa başıyla zərbə endirən Şəhriyar Əliyev çərçivəni dəqiq nişan alıb. Hamı gəncəlilərin 1:0-lıq hesabı sonadək qoruyacağını düşünsə də, 90-cı dəqiqədə səhnəyə çıxan Vaqif Cavadov komandasına bir xal gətirən qol imza atıb.

Turun son oyununda Neftçi evdə Zirəni sınağa çəkib. Görüşdə 3 qol qeydə alınıb ki, onlarında da hamısı ikinci yarıda vurulub. İlk qol 60-cı dəqiqəyə təsadüf edib. Təyin olunan penaltini qola çevirən Daniel Seqoviya Neftçini irəli çıxarıb. İki dəqiqə sonra hesab bərabərləşib. Avtoqola imza atan Navalovski status-kvonu bərpa edib. Əzmkarlıq göstərən qonaqlar qələbə topunu da vura biliblər. 79-cu dəqiqədə Milan Duriçin qüvvətli zərbəsi qapıçı vaylo üçün əlçatmaz olub. Beləliklə yekund Zirə səfərdə Neftçini 2:1 hesabıyla məğlub edərək evə 3 xalla dönüb.

Azərbaycan Premyer Liqasında

21-ci tur

5 mart (bazar)

15:00.“Kəpəz” – AZAL - 1:1
Qol: 
Şəhriyar Əliyev, 38 (1:0), Vaqif Cavadov, 90 (1:1)
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov
Gəncə şəhər stadionu

18:00.“Neftçi” – “Zirə” - 1:2 
Qol: 
Daniel Seqovia, 60-pen. (1:0), Georgi Navalovski, 62-avtoqol (1:1), Milan Duriç, 79 (1:2) 
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev
8-ci kilometr qəsəbə stadionu

Turnir cədvəli

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qəbələ

21

13

7

1

41-11

46

2

Qarabağ

21

14

3

4

36:11

45

3

İnter

21

9

9

3

31-21

36

4

Zirə

21

8

5

8

19-21

29

5

Sumqayıt

21

6

7

8

20-25

25

6

Neftçi

21

6

2

13

15-34

20

7

Kəpəz

21

3

9

9

14-24

18

8

AZAL

21

1

6

14

9-35

9


Bombardirlər:  Filip Ozobiç ("Qəbələ") - 11 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol, Rauf Əliyev ("İnter") - 7 qol  

 

Orxan Cəfərzadə