Jaguar Land Rover Londonda keçirilən qapalı tədbirdə yeni Range Rover Velar krossoverini təqdim edib. Range Rover Sport və Evoque modelləri arasında yer alacaq avtomobil iyul ayından satışı çıxır. Velar ölçülərinə görə Evoque-u üstələyir, Range Rover Sport-a isə bir qədər güzəştə gedib. Məsələn, maşının təkər bazası 2 874 mm-dir. Range Rover Velar qlobal bazarda 6 motorla təklif olunacaq: onlardan üçü benzin, qalan üçü isə dizel mühərriklərdir. İlk olaraq avtomobil 250 at güclü aqreqatla satışa çıxarılacaq, daha sonra 300 at güclü motor debüt edəcək. Velarda 3 litrlik V6 mühərriki də var. 380 at güclü bu mühərrik, Jaguar XF və F-Pace-in ən güclü versiyalarında işlədilir.
Dizel və benzin motorlar krossoverin 8 pilləli avtomatik ZF sürət qutusu ilə birləşir. Rover Velar-da Jaguar və Land Roverdə rast gəlinməyən avadanlıqlar quraşdırılıb. Məsələn, krossoverin bahalı komplektasiyasının əsas optika sistemi lazer texnologiyası ilə təchiz edilib. Bundan başqa maşında hərəsi 10 düymlük olan iki ekranlı Touch Pro Duo multimedia sistemi quraşdırılıb. Range Rover Velar dünya bazarında BMW X4, Porsche Macan və Mercedes GLC Coupe ilə rəqabət aparacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 536