• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 804
— 03.03.2017 10:33

Volvo magistral yük maşınını hibridləşdirdi

Volvo şirkəti yanacağa maksimal qənaət edən uzaqmənzilli konseptual yük maşınını sınaqdan keçirir. Aerodinamik və azaldılmış müqavimətlə yanaşı o, elekrtromotor da qazanıb. Bundan başqa yük avtomobili əyləc vaxtı və ya 1 faizdən yuxarı bucaq altında yamaca qalxan zaman işə düşən kinetik enerji bərpa sistemi ilə də təchiz olunub. Ehtiyat elektroenerji hesabına isə daha sonra düz yolda şütümək mümkündür. Qısası, yük maşınının elektrik sərfiyyatı qənaətbəxşdir: enerji batareyası cəmi 10 km-ə bəs edir. Volvo istehsalçıları analiz ediblər ki, sürücülər belədə gedəcəkləri yolun 30%-də daxili yanma mühərrikindən istifadə etməyəcəklər. Həmin elektromotor yük maşınının yanacaq israfını 10% azaldır. Volvo rəsmiləri hələlik hibrid yük avtomobilinin kütləvi istehsalı barədə heç nə demirlər, ancaq keçirilən testlər bu maşının gec-tez konveyerə çıxacağından xəbər verir.

Cavanşir Məmmədzadə