KepezTV Player
Sabirabadda fərdi yaşayış evi yanıb. Hadisə rayonun Polad Togay kəndində Xəyal Niftiyevə məxsus ümumi sahəsi 150 kvadratmetr olan 3 otaqlı tikilidə baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sabirabad və Şirvan Yanğından Mühafizə Hissələrinin canlı qüvvəsi və 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğın zamanı ev əşyalarla birlikdə tamamilə yanıb. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanmadır. Yanğın baş verən ərazi rayon mərkəzindən 60-65 kilometrlik məsafədə yerləşir. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 412