KepezTV Player
Tovuzun Avaztəpə kəndində ölüm faktı baş verib. Kənd sakini 70 yaşlı Zahid Cəlilov avtomobildə olarkən özünü pis hiss edib. Maşından düşərək öskürməyə başlayıb və bir müddətdən sonra huşunu itirib. O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatının itirdiyi məlum olub. İlkin ehtimala görə, ağciyər xəstəliyindən əziyyət çəkən şəxs aptekə gedərkən dünyasını dəyişib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
- Baxış: 448