KepezTV Player
Binəqədi rayonu Biləcəri qəsəbəsində kütləvi dava baş verib. 28 yaşlı Elnur Hüseynov və dostu Röyal adlı şəxsin tanımadığı şəxslərlə mübahisəsi düşüb. Davada naməlum şəxslərdən biri üzərində gəzdirdiyi bıçaqla Elnur Hüseynovu döş qəfəsindən, onun dostu Röyalı isə ayağından bıçaqlayıb. Soyuq silaha əl atanlar hadisə yerini tərk ediblər. Yaralılar ətrafdakı insanların çağırdığı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hər iki yaralı dərhal əməliyyat olunub. Hadisə barədə Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə məlumat verilib. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.
Zülfiyyə Telmanqızı
- Baxış: 644