Xocalı faciəsinin 25-ci il dönümünə həsr olunan yarış daxili birincilik xarakteri daşıyıb. Yarışda mərkəzin 20 komandasının 135 güləşçisi mükafatlar uğrunda döşək üzərinə çıxıb. 2003-2005-ci il təvəllüdlü pəhləvanlar 13 çəki dərəcəsində mübarizə aparıb.
Hüseyn Tağıyev - yarışın iştirakçısı: "Mən güləşə 3 ildir ki, gəlmişəm. Atamın istəyiylə gəlmişəm və güləşi çox sevirəm, marağım var və mən Toğrul Əsgərov kimi çempion olub Azərbaycan bayrağını yüksəltmək istəyirəm".
Xatirə turniri həm də martın 3-5-i tarixlərində Şirvanda keçiriləcək Təhsil Respublika İdman Mərkəzinin Respublika birinciliyinə seçim xarakterli olub. Belə ki, yarışda fərqlənən güləşçilər qarşıdakı məsul yarış üçün mərkəzin yığma komandasının heyətini formalaşdıracaq.
Faiq Məmmədov- yarışın baş hakimi, əməkdar məşqçi: "Bu yarışdan sonra Novruz bayramı ilə əlaqədar daha bir yarış təşkil edəcəyik. Aprel ayında da bir yarışımız var. Nəhayət, iyun ayında Silahlı Qüvvələrin yaranma gününə həsr olunacaq müxtəlif yaş qrupları üzrə yarışlarımız planlaşdırlıb, keçiriləcəkdir".
Birinciliyin nəticələrinə əsasən, 23 kq-da Polad Tağıyev, 26-da Elgün Məmmədov, 29-da Bəşir Verdiyev, 32-də Musa Verdiyev, 35-də Elcan Nadirli, 38-də Fərhad Hüseynzadə, 42-də Murad Haqverdiyev, 46-da Ruslan Quliyev, 50-də Qabil Qədimov, 54-də Telman Məmmədov, 59-da Elnur Muradov, 65-də Mərhəmət Məmmədov və 74-kq da Cavidan Zeynalov qalib gəlib.
Azad Rəfi
- Baxış: 956