• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2161
— 27.02.2017 20:02

Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialı tərəfindən sərbəst güləş üzrə turnir keçirilir

KepezTV Player

Gəncə Olimpiya İdman Kompleksində düzənlənən yarış Xocalı faciəsinin 25-ci il dönümünə həsr olunub.

“Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib”. Bu fikirlər yarışın açılış mərasimində natiqlər tərəfindən vurğulanıb. Rəsmi hissədə bu günün idmançısının gələcəyin mərd əsgəri olduğu diqqətə çatdırılıb. Açılışdan sonra turnirə start verilib. Yarışda 13 çəki dərəcəsi üzrə 135 güləşçi mübarizəyə qoşulub.

Faiq Məmmədov- yarışın baş hakimi, əməkdar məşqçi: “Bu yarışı keçirməkdə məqsədimiz Xocalı qurbanlarının xatirəsini anmaq, baş verənləri uşaq və yeniyetmələrin yaddaşına bir daha həkk etdirməkdir. Eyni zamanda martın 3-5-i tarixlərində Şirvanda keçiriləcək Təhsil Respublika İdman Mərkəzinin Respublika birinciliyinə komandanın heyətini seçməkdir. 23 kq-dan başlayaraq hər çəkidə bir neçə yaxşı güləşçi var. Biz onları diqqətdə saxlayırıq və gələcək yarışlara ciddi hazırlayırıq”.

3-cü dəfə keçirilən turnir ənənəvi xarakter daşıyır.

Azad Rəfi