Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE-nin “Qran-Pri” turniri davam edir. Baş tutan 6-cı turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Dmitri Yakovenko ilə qarşılaşıb. Qrossmeysterimizin qara fiqurlarla oynadığı partiyada rəqiblər 13-cü gedişdə heç-heçəyə razılaşıblar.Bu nəticə ilə aktivindəki xalları 4-ə yüksəldən Məmmədyarov liderliyini qoruyub.Hesabat turuna qədər Şəhriyarla birlikdə ortaq lider olan Maksim Vaşe-Laqrav da Maykl Adamsla heç-heçə etdiyindən, üçüncü yerdə qərarlaşmış Nakamura isə rusiyalı Qrişukla sülh bağladığından ilk pillədə heç bir dəyişiklik olmayıb.
Orxan Cəfərzadə
- Baxış: 295