KepezTV Player
Vergi Məcəlləsinə edilən son dəyişikliklər, vergilərin hesablanması və ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər qərb bölgəsinin sakinləri tərəfindən vergilər naziri Fazil Məmmədovun diqqətinə çatdırılıb. Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax sakinləri, eləcə də əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul və digər məsələlərlə müraciətlər edib. Vətəndaşlarla görüş zamanı qaldırılan problemlərin müəyyən hissəsi yerindəcə həll olunub, lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Fərid Mehidzadə
- Baxış: 483