• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1411
— 22.02.2017 16:18

“Det-Al” Alüminium Kompleksinin zavodlarından birinin işi ATU-nun alimlərinin layihəsi əsasında optimallaşdırılıb

KepezTV Player

Elmin sənayeyə tətbiqi ilə istənilən uğurlu nəticəyə nail olmaq olar. Bu sahədə ilk addımı “Det-Al” Alüminium Kompleksi Azərbaycan Texnologiya Universiteti ilə birgə atıb. Belə ki, kompleksin zavodlarından birinin işi ali məktəbin alimlərinin layihəsi əsasında optimallaşdırılıb.

Gəncədə yerləşən “Det-Al” Alüminium Kompleksi dünyada olan nadir zavodlardan biridir. Burada tökmə və yayma əməliyyatları bir yerdə icra olunaraq alüminium vərəqləri istehsal olunur.

Cəmil Səfərov- "Det-Al" Alüminium Kompleksinin direktoru: “Hazırda dünya sənayesi böyük sürətlə və durmadan inkişaf edir. Əgər sənayeni kustar üsullarla inkişaf etdirmək istəyiriksə bu yolla uzağa getmək qeyri- mümkündür. Buna görə hökmən elmin sənayeyə yaxınlaşıb birgə fəaliyyəti gözlənilən nəticəni verə bilər. Bu baxımdan son vaxtlar ATU-nun əməkdaşları ilə birgə işimiz olub. Bunu həmin sahənin ilk qaranquşu hesab edək".

Fasiləsiz tökmə zavodunun işini universitetin 4 alim və 4 dosenti tədqiq edib. Alüminium ərintilərindən alüminium vərəq tökərkən temperaturun bərabar paylanması layihəsi üzrə 14 təklif hazırlanıb.


Nazim Vəliyev- texnika elmləri üzrə fəlsəfə doktoru: "Biz bunu etdik. Amma bu sahə strateji olduğundan çox yerdə nöqsanlarla rastlaşdıq. Bu təkliflər konstruktiv, texnoloji dəyişmələr, keyfiyyəti və məhsuldarlığı yüksəltmək təklifləri var. Zavod bəyənib. O biri zavodda onun emalı davam edəcək. O zavoddan da iki illik təklif alımışıq. İndi onun üzərində işləyirik".

Müəssisələr öz istehsal sirrini heç kəsə vermək istəmir. Ona görə bu işdə hər kəs özü təşəbbüskar olmalıdır.

Cəmil Səfərov- "Det-Al" Alüminium Kompleksinin direktoru: "Bir müqavilə əsasında gördüyümüz işin xoşagələn nəticələri əldə olunub. Hazırda həmin işin bizim yayma xətlərində müvəffəqiyyətlə tətbiqi həyata keçirilir. Yaxşı olar ki, Az.Milli Elmlər Akademiyasının institutları, digər elmi- tədqiqat institutları və texniki sahədə olan tədris universitetlərinin tədris laboratoriyaları, laboratoriyanın əməkdaşları müəssisəmizə gəlsin, bizimlə əməkdaşlığa gəlsin birgə fəaliyyət nəticəsində təbii ki, daha yaxşı nəticələr əldə edəcəyik".

“Det-Al" Alüminium Kompleksi ilə ATU-nun birgə layihəsinin dərslik halında nəşr edilməsi də planlaşdırılır. Bu əməkdaşlıq nəticəsində müəssisə ali təhsil ocağında 2 metallurgiya laboratoriyasını təmir edərək lazım olan avadanlıqlarla təchiz edib.

Jalə Qurbanova