KepezTV Player
Diplomat rayonun Goranlı kəndində 2015-ci ildə ABŞ səfirliyinin təşəbbüsü ilə inşa edilən kitabxanada olub. 600-dən çox sakinin yaşadığı kəndin sosial, iqtisadi və mədəni həyatı ilə tanış olan səfir kənd kitabxanası üçün gətirilən 100-dən artıq kitabı təqdim edib. Günün ikinci yarısı Robert Sekuta Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşan Xocalı sakinləri ilə görüşüb, onların həyat şəraiti ilə yaxından tanış olub. Xarici diplomata 25 il əvvəl Xocalı şəhərinin mənfur qonşumuz ermənilər tərəfindən işğalı və dinc sakinlərin başına gətirilən müsibətlər haqqında ətraflı məlumat verilib.
Xaliq Qurbanlı
- Baxış: 364