KepezTV Player
Təhsil Nazirliyinin tərəfdaşlığı ilə qərb bölgəsində təhsil alan orta məktəb şagirdlərini bilik və bacarıqları yoxlanılıb. İntellekt yarışına Gəncə ilə yanaşı, 9 rayonun 10-cuları qatılıb. 50 sual üzrə bilik, məntiq və dünya görüşləri yoxlanılan şagirdlər 2 mərhələdən ibarət yarışmanın şəhər və rayon üzrə qalibləri olacaqları təqdirdə respublika intellekt bilik yarışmasına qatılmaq imkanı əldə edəcəklər.
Söhrab Hacıyev- Gəncə şəhər Metodik Mərkəzin direktoru: “Hazırda bilik yarışında 370 şagird iştirak edir. Bu layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin intellektual bilik və bacarıqlarını üzə çıxarmaq, onları intellektual yarışlara hazırlamaqdır”.
Xaliq Qurbanlı
- Baxış: 1054