Futbol üzrə İtaliya A seriasında 25-ci tura bir oyunla start verilib. Doğma meydanda Palermonu qəbul edən lider Yuventus 4:1 qələbə qazanıb. 13-cü dəqiqədə qoca sinyoranın heyətində Kladio Markisio hesabı açıb. Birinci hissənin sonunda qonaqlar ikinci topu qapılarından çıxarmalı olublar. 40-cı dəqiqədə Paulo Dibala cərimə zərbəsindən möhtəşəm qola imza ataraq hesab arasındakı fərqi ikiyə çıxarıb. Durmaq bilməyən turirlilərdən 63-cü dəqiqədə Qonsalo İquain də qol vuranların sıyahısına qoşulub. Qapıçı ilə dueldən qalib ayrılan argentinalı hesabı 3:0 edib. 89-cu dəqiqədə Palermo 4-cü dəfə oyuna mərkəzdən başlayıb. Dibala özünün ikinci komandasının 4-cü qolunu vurub. Əsas vaxta artırılan dəqiqələrdə palermolular İvaylo Çoçevlə buraxılan toplardan birinin əvəzini çıxsa da, bu yalnız təsəlli xarakteri daşıyıb.
İtaliya çempionatı
25-ci tur
17 fevral
"Yuventus" - "Palermo" - 4:1
Qollar: Kladio Markisio, 13, Paulo Dibala, 40,89, Qonsalo İquain, 63 - İvaylo Çeçev, 90+3
Orxan Cəfərzadə
- Baxış: 314