Dünyanın bir çox qabaqcıl ali təhsil ocaqlarında olduğu kimi artıq Gəncə Dövlət Universitetində təhsil alan tələbələr, magistrlar və doktorantlar da tədqiqat aparmaqda çətinlik çəkməyəcək. Universitetdə elmi araşdırmaların aparılması üçün yeni Kimyəvi Materialşünaslıq Elmi Tədqiqat Laboratoriyası istifadəyə verilib. Müasir avadanlıqlarla təchiz olunan laboratoriyada müxtəlif istiqamətli fiziki-kimyəvi elmi tədqiqatları həyata keçirmək mümkün olacaq. Əsas məqsəd isə elmlə təhsilin birgə inteqrasiyasını praktik şəkildə təmin etməkdir. Laboratoriyanın yaradılmasında xüsusi əməyi olan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü professor Məhəmməd Babanlı isə Gəncə Dövlət Universitetinin fəxri doktoru adına layiq görülüb.
Yusif Yusifov- GDU-nun rektoru: “Laboratoriyada halkagenit fiziki-kimyəvi tədqiq olunacaq. Həmçinin termodinamiki tədqiqi həyata keçiriləcək. Deməli termoelektirk, fotoelektrik, yarımkeçirici xassələrə malik olan müxtəlif birləşmələrin alınması nəzərdə tutulur. Və alınan birləşmələr digər üsullarla da tədqiq olunacaq. Alınan birləşmələr radioelektronikada, elektrotexnikada, elektronikada, qısa desək kənd təsərrüfatından başlayaraq kosmik tətqiqatlara qədər tətbiq oluna bilər”.
Elton Cabbarlı
- Baxış: 1132