• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1602
— 16.02.2017 15:51

Ötən il Samuxda 2000- dən çox yeni iş yeri yaradılıb

KepezTV Player

Samuxda sahibkarlığın inkişafı üçün 47 layihənin maliyyələşdirilməsinə dövlət tərəfindən 590 min manat uzunmüddətli kreditlər ayrılıb. 1600-ü daimi olmaqla 2134 yeni iş yerinin yaradılması əhalinin məşğulluğunun təminatı baxımından əhəmiyyət daşıyır. 2016-cı ilə aid bu göstəricilər rayonda keçirilən hesabat yığıncağında səsləndirilib. Samuxda 1 məktəb və uşaq bağçasının əsaslı təmirdən sonra istifadəyə verilməsinə, quraşdırılan 9 mindən çox panel hesabına ərazidəki obyektlərin enerji ilə təchizatına başlanılmasına, ölkə başçısının sərəncamı ilə Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun təmirinə diqqət çəkilib. Prezident administrasiyasının məsul əməkdaşı Əlibaba Əliyev və Milli Məclisin sədr müavini Valeh Ələsgərovun da iştirak etdiyi toplantıda Samuxun yaranmasının 25 illiyi münasibəti ilə rayonun ictimai, siyasi və mədəni həyatında fəallığı ilə seçilən şəxslər fəxri fərmanla təltif olunublar.

 

Natiq Hüseyn