Binəqədi rayonunda yük avtombillərindən ümumilikdə 34 akumlyator oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bərdə rayonu Əyricə kənd sakini 25 yaşlı Pərviz Nəbiyev, Biləsuvar sakini 26 yaşlı Rəsul İmanzadə, Ağcabədi rayonu Ağabəyli kənd sakini 27 yaşlı Şükür Əliyev və Sabirabad rayonu Bulaqlı kənd sakini 24 yaşlı Rasim Qasımov oğurluq akkumulyatorları metal qəbulu məntəqəsinə satmaq istəyərkən yaxalanıblar.
Saxlanılan şəxslər bu yolla vətəndaşlara 5 min manatdan artıq maddi ziyan vurublar. Onlar oğurluq akkumlyatorları Rasim Qasımovun avtomobili ilə daşıyıblar.
Başqasının malına göz dikərək pul qazanmağa alışan Rasim özü də oğurluq etmək qərarına gəlib və tanışı Şükür Əliyevi də bu işə cəlb edib. İlk oğurluqlarını isə Ulduz metrostansiyası ətrafında ediblər.
Qeyd edilən faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində CM-in oğurluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 807