• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1832
— 16.02.2017 11:13

Bu gün İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə dünya kuboku start götürəcək

KepezTV Player

Baş məşqçi Firdovsi Umudov debüt yarışında eksperimental heyətə güvənəcək. Belə ki, millimiz qonşu ölkəyə 8 çəkidə 12 güləşçi ilə yollanıb.

Komandamızın heyətində Mahir Əmiraslanov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Əli Rəhimzadə (61 kq), Hacı Əliyev, Məhəmməd Müslümov (65 kq), David Suynuçxanov (70 kq), Cəbrayıl Həsənov, Murad Süleymanov (hər ikisi 74 kq), Şərif Şərifov (86 kq), Nurməhəmməd Hacıyev, Aslanbek Alborov (hər ikisi 97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb.

Püşkatmanın nəticəsinə görə yığmamız Rusiya, ABŞ və Gürcüstan komandaları ilə A qrupunda mübarizə aparacaq. Azərbaycan ilk olaraq Rusiya komandası ilə görüşəcək. Sonra isə millimiz ardıcıllıqla Gürcüstan və ABŞ seçmələriylə üz-üzə gələcək. Komandalar arasında ilk qarşılaşmalar fevralın 16-da keçiriləcək.

 

Orxan Cəfərzadə