Türkiyənin "Qalatasaray" futbol komandasının yeni baş məşqçisinin adı rəsmən açıqlanıb. Azərbaycanda da kifayət qədər azarkeşi olan İstanbul klubu xorvatiyalı İqor Tudorla 1.5 illik müqavilə bağlayıb.
39 yaşlı mütəxəssis bu müddət ərzində "Qalatasaray"da 1.4 milyon avro qazanacaq. Eyni zamanda, İqor Tüdora “Qalatasaray” UEFA Çempionlar Liqasına birbaşa vəsiqə qazanacağı təqdirdə əlavə 200 min avro, UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxacağı halda 100 min avro mükafat ödəyəcək.
Həmçinin, “Qalatasaray” 2017-2018 futbol mövsümündə Türkiyə Kubokunu qazanacağı təqdirdə baş məşqçiyə 50 min avro verəcək.
Bundan əlavə, "Galatasaray" Tudorun baş məşqçisi olduğu "Kardemir Karabükspor" klubuna 150 min avro təzminat ödəyəcək.
Qeyd edək ki, İpor Tudor yeni komandasında hollandiyalı Yan Olde Rikerinki əvəzləyib.
Orxan Cəfərzadə
- Baxış: 356