KepezTV Player
Donuz ətinə adətən qış aylarında, əsasən də belə qarlı və şaxtalı havalarda tələbat çoxalır. Menyusuna donuz əti daxil olan kafe və restoran sahibləri belə deyir. Onlar müraciətlərin sayının əvvəlki qədər olmadığını iddia etsələr də, müştəri qıtlığından şikayət yoxdur. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə isə, 2015-ci ildə ölkədə 7 min baş donuz saxlandığı halda, ötən il bu rəqəm 6 minə yaxın olub.
Larisa Danilova - sahibkar: “Müştərilər əvvəlki kimi deyil, məsələn, dünən heç kim yox idi, amma bu gün var. 40 ildir özüm işləyirəm, qışda bişiririk, yayda isə qış üçün azuqə toplayırıq”.
Xəyalə Mürsəl
- Baxış: 1036