KepezTV Player
Gəncə Lokomotiv Deposunun çilingəri Cavid Məmmədov ölkəmizi "Ukraynanın səsi” müsabiqəsində təmsil edəcək. O, müsabiqənin seçim turunda Antonio Banderasın - "Cancion Del Mariachi" mahnısını ifa edib. Gəncin ifası alqışlarla müşayiət olunub. Münsiflər heyətinin üzvlərindən isə yalnız Camala seçimi Cavid Məmmədovun üzərində edib. Bununla da gənc, ilk mərhələni keçərək, ikinci tura vəsiqə qazanıb. İfaçı müsabiqə iştirakçıları və tamaşaçılar üçün "Küçələrə su səpmişəm" xalq mahnısını da səsləndirib. Gəncədə 32 nömrəli tam orta məktəbi bitirən və orta təhsilli olan 24 yaşlı Cavid Məmmədov şəhərdəki 1 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano üzrə musiqi təhsili də alıb.
Gülnar Fazilqızı
- Baxış: 684