• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1744
— 13.02.2017 15:37

Qarlı-şaxtalı havalar məhsuldarlığa hansı təsiri göstərir?

KepezTV Player

Yağan qarın meyvəçiliyə və bitkiçiliyə təsiri barədə danışacağıq. Bunun müsbət və mənfi tərəflərini mütəxəssis izah edəcək.

Mütəxəssislər qışın mövsümə uyğun keçməsini məhsul bolluğu ilə xarakterizə edirlər. Yağan qar əkin sahələrinin rütubətlə normal təmin olmasını mümkün edir ki, bu da becərilən bitkinin inkişafına münbit şərait yaradır.

Zaur Həsənov- kənd təsərrüfatı elmləri doktoru: “Taxıl bitkiləri üçün yağıntı çox vacib və lazım olandı. Xüsusən də payızlıq əkində. Faraş əkinlərdə nisbətən zədələnmələr var. Sonrakı müddətdə əkilənlər qar örtüyü altında qışlama keçirib, yazda normal bitiş vermək imkanına malik olur”.

Lakin bitkilərdən fərqli olaraq meyvə ağaclarını qardan və şaxtadan qorunmağa ehtiyac var. Və bunun üçün ağaclara müəyyən aqrotexniki qulluğun göstərilməsi vacibdir.

Zaur Həsənov- kənd təsərrüfatı elmləri doktoru: “Bitkilərin sonrakı yaz şaxtalarından qorumaq üçün çox güclü bir imkan yaranıb. Qarı torpağın üzərindən yığıb ağacın gövdə ətrafına toplamaq lazımdır. Gün çıxanda, yaz vaxtı həmin qar əriyir, köklər aşağı temperaturda oyanmır. Və yer üstü hissədə oyanmada bu səbəbdən getmir və bitkilərin şaxtadan mühafizəsi imkanı yaranır”.

Elton Cabbarlı