KepezTV Player
Cəlilabad rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran sakini, 38 yaşlı Fikrət Orucov “Mersedes” markalı avtomobil ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı divara çırpılaraq əzilib. Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər - Bakı şəhər sakinləri 27 yaşlı Məmmədağa Ramazanov, 28 yaşlı Elşən Hüseynzadə, 28 yaşlı Rizvan Cabbarov və 27 yaşlı Ceyhun Məmmədzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 589