Futbol üzrə İtaliya A seriyasında 24-cü turun oyunları keçirilir. Lider Yuventusu addım-addım izləyən Roma Krotoneylə görüşüb. Oyunun əvvəlində paytaxt klubu hesabı xeyrinə dəyişməyə yaxın olsa da, Edin Ceko penaltini qaçırıb. Ruhdan düşməyən canavarlar 40-cı dəqiqədə istəklərinə çatıblar. Naynqolan adını tabloya yazdırıb. 77-ci dəqiqədə isə Ceko səhvini düzəldərək oyunun yekun nəticəsini müəyyənləşdirib. 2-0.
Çempionatın digər oyununda İnter evdə Empolini sınağa çəkib. Milanlılar vurduqları iki cavasız qolla meydandan qalib ayrılıb və yanaşı 4-cü pilləni də ələ keçiriblər. 14-cü dəqiqədə Eder fərqlənməklə diqqətləri üzərinə çəkib. 54-cü dəqiqədə meydan sahibləri ikinci dəfə azarkeşlərini sevindirib. Antonio Kandreva qapıya düşməklə oyunda sonuncu qolun müəllifi olub.
Lider Yuventus da Kalyari səfərində qələbə qazanıb. Rəqibinə 2 cavabsız qolla qalib gələn Qoca Sinyora Romayla arasında 7 xallıq fərqi qoruyub. Qonzalo İquain 37 və 48-ci dəqiqələrdə meydan sahiblərinin kefini pozaraq turinlilərin qələbəsinin əsas memarı olub.
İtaliya A seriyası
XXIV tur
10 fevral
“Napoli” – “Cenoa” – 2:0
Qollar: Zielinski, 50, Qiaççerini, 68
11 fevral
“Fiorentina” – “Udineze” - 3:0
Qollar: Valero, 41, Babakar, 62, Bernardeski, 80 (pen.)
12 fevral
“Krotone” – “Roma” - 0:2
Qollar: Naynqolan, 40, Ceko, 77
“İnter” – “Empoli” - 2:0
Qollar: Eder, 14, Kandreva, 54
“Sassuolo” – “Kyevo” - 1:3
Qollar: Matri, 24 - İngels, 39, 56, 67
“Torino” – “Peskara” - 5:3
Qollar: Falke, 2, Ayeti, 9, Belotti, 15, 61, Lyayiç, 53 - Ayeti, 73 (öz qapısına), Benali, 75, 83
“Palermo” – “Atalanta” - 1:3
Qollar: Çoçev, 45 - Konti, 19, Qomez, 54, Kristante, 79
“Sampdoriya” – “Bolonya” - 3:1
Qollar: Muriel, 82, Şik, 83, Mbaye, 88 (öz qapısına) - Cemaili, 18
“Kalyari” – “Yuventus” - 0:2
Qollar: İquayn, 37, 47
13 fevral
23:45 “Latsio” – “Milan”
Orxan Cəfərzadə
- Baxış: 272