• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1823
— 13.02.2017 12:43

Türkiyədə 2 günə 7 medal

Antalyada keçirilən taekvondo üzrə “Turkish Open” beynəlxalq turnirinin ilk 2 günü Azərbaycan millisi üçün uğurlu alınıb. Komandamız kolleksiyasına artıq 1 qızıl, 3 gümüş və 3 bürünc medal əlavə edib. Taekvondoçularımızdan hələlik ən yaxşı nəticə Ayaz Qənbərliyə məxsusdu. 51 kq çəki dərəcəsində mübarizə aparan idmançımız gənclərin yarışında çempion olub.

Digər təmsilçilərimizdən Aysu Məmmədova (37 kq), Mehriban Məmmədova (44 kq) və Orxan Tağızadə (+78 kq) gümüş, Pərviz İsgəndərov (45 kq), Sevda Pirseyidova (44 kq) və Minayə Əkbərova (42 kq) bürünc medala sahib çıxıb.

Sayca 4-cü dəfə təşkil olunan turnirdə bu gün və sabah böyük yaş kateqoriyası üzrə qaliblər müəyyənləşəcək. Yığmamız nüfuzlu yarışda tam heyətlə təmsil olunur.

Orxan Cəfərzadə