Dünyanın ən kiçik geyinilə bilən cihazlarından olan Senstone, ağıllı səs yazma xüsusiyyəti vasitəsilə ağlınıza gələn vacib fikirləri qeyd etməyinizi təmin edir. Boyunbağı, bilərzik formasında və ya sadəcə yaxanıza taxaraq istifadə edə biləcəyiniz Senstone, yazdığı səsli qeydləri mobil tətbiqinə göndərir. Qurğu səsli qeydlər, siyahı hazırlamağınıza imkan yaradır və kiçik ölçülərdəki dizaynı ilə diqqət çəkir. Klik məntiqi ilə işləyən Senstone, üstünə basıldığında aktiv hala gələrək səs yazmağa başlayır. Cihaz bluetooth əlaqəsi sayəsində ağıllı telefonlara qoşula, həm Android, həm də iOS–la işləyə bilir. Üst qismində olan LED-lər sayəsində istifadəçisiylə əlaqə quran Senstone, 4 fərqli rəng seçiminə sahibdir. Yazılan qeydlər haştagların köməyilə redaktə etməyinizə imkan var. Senstone digər vacib qeyd tətbiqləriylə də sinxronlaşdırma şəklində işləyə bilir.
Qurğunun ağıllı olmasını təmin edən ən vacib xüsusiyyəti isə yazdığı səs qeydlərini aşkar edib yazıya çevirə bilməsidir. Hələlik bu xüsusiyyət ingilis və ispan dilləri başda olmaqla 11 dil üçün istifadəyə verilib. Bir neçə gün bundan qabaq 50 min dollarlıq hədəflə Kickstarter-da yola çıxan Senstone bir gün içində təxminən 32 min dollar toplamağı bacarıb.
Senstone-un naqilsiz enerji yığma xüsusiyyəti də var və təxminən 30 dəqiqəyə tam dolur. 100 dollar ödəyərək sahib ola biləcəyiniz Senstone-un ilk çatdırılmalarına bu ilin iyulunda başlanılacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 468