• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1939
— 13.02.2017 10:32

1000 at güclü elektrokar qarda drift etdi

Lucid Motors şirkəti özünün ilk modeli olan 1000 at güclü Air elektrokarını qış testlərindən keçirib. Maşın Minnesota ştatının şimalında -28 dərəcə Selsidə şütüyüb, burada onun idarəetməsi, stabilizasiya və əyləc sistemi yoxlanılıb. Ötən il təqdim olunan Lucid Air elektrokarı iki elektromotora sahibdir, onların gücü isə 100 və 130 arasında dəyişir. Ən güclü versiyada avtomobil bir dəfəyə 640 kilometr məsafə qət edə bilir. 0-dan 96 km/saatadək sürəti yeni maşın 2,5 saniyəyə yığır. Saatda 315 kilometr isə onun maksimal sürətidir. Güman ki, elektrokar özünün Arizonadakı zavodunda istehsal olunacaq. Buraya təxminən 700 milyon dollar sərmayə qoyulması planlaşdırılır. Növbəti ildə Lucid Motors-un konveyerindən 250 maşının çıxacağı gözlənilir. Air elektrokarının qiyməti isə 100-160 min dollar arasında dəyişəcək.

Cavanşir Məmmədzadə