Turun açılış görüşündə “Espanyol” evdə “Real Sosyedad”a uduzub. Bərabər mübarizə şəraitində keçən ilk yarıda komandalar hərəyə bir dəfə fərqləniblər. Karlos Vela ilə hesabı dəyişən qonaqlar az sonra ev sahiblərindən Ernan Peresin qoluna mane ola bilməyiblər. Bununla belə San-Sebastyan klubu ikinci hissədə qələbə topunu vurub. Asiyer İllaramendi komandasına 3 xal qazandırıb. 2:1.
İspaniya La Liqası, 22-ci tur
10 fevral
Espanyol - Real Sosyedad 1:2
Qol: Ernan Peres, 34 - Vela, 26. İllaramendi, 61.
Orxan Cəfərzadə
- Baxış: 343