KepezTV Player
Paytaxtın Nizami rayonunda yol qəzası baş verib. Rayon ərazisində 25 yaşlı Raya Məmmədovanı yolu keçən zaman avtomobil vurub. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Onda sınıq xəsarətlərinin olduğu müəyyən edilib. Yaralıya tibbi yardım göstərilib və müalicəsini davam etdirmək üçüm palataya yerləşdirilib. Polis əməkdaşları qəza baş verən əraziyə baxış keçiriblər. Qəzanın təfərrüatları, dəqiq səbəbləri avto-ekspertizanın rəyindən sonra bəlli olacaq.
Zülfiyyə Telmanqızı
- Baxış: 415