Siyahının ilk onluğunda Azərbaycan yığmasının altı pəhləvanı yer alıb. Rio Olimpiya Oyunlarında 65 kq-da gümüş medal qazanan Toğrul Əsgərov ikinci pillədə qərarlaşıb. Əsgərov kimi yalnız finalda uduzaraq mötəbər yarışı gümüş mükafatla başa vuran Xetaq Gazyumov da siyahıda ikinci sıradadı. 97 kq-da təkcə 1 rəqibindən geri qalan Qazyumov Rio Olimpiya Oyunlarından sonra karyerasını bitirib.
Braziliyada təşkil olunan oyunlarda komandamıza bürünc qazandıran 57 kq-da Hacı Əliyev, 74-də Cəbrayıl Həsənov və 86 kq-da Şərif Şərifov öz çəkilərində üçüncü pillədə qərarlaşıblar.
Reytinqdə 10-luğa düşən digər bir güləşçimiz isə Əhmədnəbi Qvarzatilov olub. O, 61 kq çəkidə 4-cü yerə layiq görülüb.
Orxan Cəfərzadə
- Baxış: 293