• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 770
— 10.02.2017 13:16

"Gilan" İdman Klubundan möhtəşəm uğur

Azərbaycan taekvondoçuları Türkiyənin Antalya şəhərində keçirilən klublararası Avropa çempionatında 31 medala yiyələniblər. Mükafatların 9-u qızıl, 10-u gümüş, 12-si isə bürünc olub.

40 ölkədən 900-dən çox idmançının qatıldığı çempionatda Rionun bürünc mükafatçıları Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (53 kq, hər ikisi “Gilan” İK) yarışın baş mükafatına sahib çıxıb.

 

Olimpiya çempionumuz Radik İsaev (+87 kq, “Gilan” İK) və Ramin Əzizov (87 kq, “Qafqaz” TK) isə həlledici döyüşdə uduzduqlarından gümüş medalla kifayətlənib.

 

Daha 3 idmançımız - Yaprak Eriş (57 kq), Fəridə Əzizova (67 kq, hər ikisi “Gilan” İK) və Ceyhun Həsənli (+87 kq, “Savalan” TK) isə yarışı yarımfinal mərhələsində başa vurub.

 

Bu nəticəylə "Gilan" İdman Klubu komanda hesabında bütün yaş kateqoriyaları üzrə ilk pilləyə sahib çıxaraq Avropanın ən güclüsü adını qazanıb.

Qeyd edək ki, sabah beynəlxalq “Turkish Open” turnirinin startı veriləcək. Bu yarışa isə Azərbaycan millisinin üzvləri, habelə, ölkənin bir sıra klubları qatılacaq. 

 

Orxan Cəfərzadə