• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 765
— 09.02.2017 17:27

Gəncədə cüdo üzrə 2-ci "Yaponiya səfiri" kubokunun final mərhələsi keçirilib

KepezTV Player

İdmançılar Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının cüdo zalında tatami üzərinə çıxıb. Mübarizələrdən əvvəl açılış mərasimi baş tutub. Bu cür yarışların keçirilməsinin yetişməkdə olan yeniyetmə cüdoçuların inkişafına böyük təsir edəcəyi vurğulanıb. Azərbaycanda Yaponiya səfirliyinin dəstəyi ilə reallaşan yarışların ənənəvi hal alması müsbət qarşılanıb. Ardından görüşlərə start verilib. Nizami yurdundakı idman məktəblərinin cüdoçularının yarışdığı kubok uğrunda 6-sı qız, 14-ü oğlan olmaqla 20 yeniyetmə gücünü göstərib. İdmançılar 5 çəkidə qalibi müəyyənləşdiriblər.

Tsuqua Takahaşi -Yaponiyanın Azərbaycandakı səfiri: "Biz artıq ikinci dəfədir ki, "Yaponiya səfiri" kubokunu keçiririk. Mən çox şadam ki, bu yarışı təşkil eləməyə nail olmuşuq. Onu deyə bilərəm ki, Azərbaycanda idmana maraq böyükdür. Xüsusilə cüdonu çox sevirlər. Gəncədə də belələri kifayət qədərdir. Bunun üçün də bu tədbirin əhəmiyyəti böyükdür. Gələcəkdə bu yarışları daha geniş miqyasda keçirmək olar. Yəni, təkcə Gəncədən deyil, ətraf rayonlardan da burada idmançıların iştirakını təmin etmək olar. Biz çox istəyərdik ki, bu yarışları davamlı olaraq təşkil edək”. 

Yarışın yekunlarına görə qızlarda Könül Əliyeva bütün rəqiblərini üstələməyi bacarıb. Oğlanlarda isə Ruslan Kərimli, Cabbar Hüseynov, Turan Bayramov və Məcid Hüseynov yarışın qalibi adını qazanıblar.

 

Orxan Cəfərzadə