Hər iki qarşılaşmada liderlər meydana çıxıblar. Əvvəlcə Qəbələdə yerli komanda autsayder AZAL-ı sınağa çəkib. Görüşün ilk hissəsi qolsuz tamamlanıb. İkinci yarıda rəqib qapısına yüklənən əyalət təmsilçisi bunun nəticəsi kimi 64-cü dəqiqədə penalti qazanıb. Cərimə meydançasında Sergey Zenyovun qarşısını kobudluqla alan Omeqa Roberts 11 metrlik cərimə zərbəsinə səbəb olması azmış kimi ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoyub. Topun arxasına keçən Filip Ozobiç isə əlinə düşən fürsəti qaçırmayıb və Qəbələni hesabda irəli çıxarıb. Xorvatiyalı oyunun əsas vaxtına artırılan dəqiqələrdə yenidən diqqətləri üzərinə cəlb. Təyyarəçiləri ikinci dəfə məyus edən yarımmüdafiəçi həm də görüşdə son nöqtəni qoyub. Qəbələ 2 Azal 0
Turnir cədvəlinin zirvəsində qərarlaşan "Qarabağ" isə bu tur Suraxanı qəsəbə stadionunda Zirəni qəbul edib. Bu qarşılaşmada Qurban Qurbanovun komandası ötən mövsümün gümüş mükafatçısını 2 cavabsız qolla məğlub edib. 13-cü dəqiqədə Əfran İsmayılovun dəqiq zərbəsiylə oyunda sükut pozulub. İkinci yarının əvvəlində daha bir gözəl qol vuran Dino Ndlovu Qarabağın qələbəsini rəsmiləşdirib. Bu oyunlardan sonra ağdamlılar 39 xalla liderliyini qoruyub. Köhlən atlardan 1 xal geri Qəbələ isə ikinci pillədədi.
Azərbaycan Premyer Liqası
XVII tur
8 fevral (çərşənbə)
“Qəbələ” – AZAL - 2:0
Qollar: Filip Ozobiç, 64 (pen.), 90+3
İlk 2 dövrədəki oyunlar: 3:0, 0:0
Qəbələ şəhər stadionu
“Qarabağ” – “Zirə” - 2:0
Qol: Əfran İsmayılov, 13, Dino Ndlovu, 47
İlk 2 dövrədəki oyunlar: 2:0, 2:0
Suraxanı qəsəbə stadionu
Turnir cədvəli
1. |
Qarabağ |
17 |
12 |
3 |
2 |
31-8 |
39 |
2. |
Qəbələ |
17 |
11 |
5 |
1 |
34-8 |
38 |
3. |
İnter |
16 |
7 |
8 |
1 |
27-15 |
29 |
4. |
Zirə |
17 |
6 |
3 |
8 |
14-18 |
21 |
5. |
Sumqayıt |
16 |
4 |
7 |
5 |
16-21 |
19 |
6. |
Kəpəz |
16 |
3 |
6 |
7 |
11-18 |
15 |
7. |
Neftçi |
16 |
3 |
1 |
12 |
10-32 |
10 |
8. |
AZAL |
17 |
1 |
5 |
11 |
8-31 |
8 |
Bombardirlər: Filip Ozobiç (“Qəbələ”) – 9 qol.
Orxan Cəfərzadə
- Baxış: 317