KepezTV Player
Göyçay rayonunda xırdabuynuzlu heyvanlar canavarların hücumuna məruz qalıb. Hadisə rayonun Qızılağac kəndində qeydə alınıb. Yırtıcılar kəndə soxularaq Qorxmaz İsmayılova məxsus tövlədəki 30 baş qoyundan 10-nu tələf ediblər, 16-nı isə yaralayıblar. Canavarların yaraladığı heyvanlara baytar həkimləri tərəfindən vaksinlər vurulub. Öldürülən heyvanlar isə dezinfeksiya edilərək basdırılıb. Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez kəndlərə soxularaq fərdi təsərrüfatlara zərər vururlar.
Zülfiyyə Telmanqızı
- Baxış: 496